Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən paytaxt sakini, 1962-ci il təvəllüdlü Tahirə Rzayevanın cinayət işi üzrə proses yekunlaşıb
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Tahirə Rzayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb və geri qaytarmayıb. Onun barəsində axtarış elan edilib. Uzun müddət istintaqdan yayınan T. Rzayeva Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə şühbəli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.



