"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda daha bir tikinti qalmaqalı yetişir

06 İyul 2015 - 09:50
in XƏBƏR LENTİ

 Bakıda daha bir tikinti qalmaqalı yetişir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vətəndaşlar ölkə başçısından kömək istəyir

Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasının bir qrup mənzil mükiyyətçisi redaksiyamıza məktub yollayıblar. Prezidentə, baş prokurora, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciətlə yazılan məktubda “İdeal-İ İnşaat” MMC-nin rəhbər vəzifəli şəxslərinin əməllərindən şikayət olunur. 
Müraciət müəllifləri yazır ki, MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün 10 il əvvəl müqavilə bağlayıblar. MMC-yə müqavilə üzrə mənzilin dəyərini ödəyiblər.  Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru İsa Əli oğlu Məmmədov binanı tikib  təhvil vermir: “Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olub ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün direktorluqdan çıxaraq ”İdeal-İ İnşaat” MMC-yə özünün yaxın qohumu Çingiz Əkbər oğlu Məmmədovu direktor təyin edib. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyir, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər. Bizə verilən məlumata görə, köhnə Şüşə Zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı bir MMC-yə məxsusdur, lakin binalar “Baku Qrup”la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu  “İdeal-İ İnşaat” MMC ilə bağlanıb. Mənzillərimizin pullarını da biz bu MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdiriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə, böyük ehtimal var ki, İsa Məmmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləyiblər. Məlumatlar var ki, onlar külli miqdarda vəsaitlə birgə ölkədən qaçmaq niyyətindədirlər”.
Müraciət müəllifləri yazırlar ki, halal zəhmətlə qazandıqları pulları İsa Məmmədov və onun qohumları dələduzluq yolu ilə aldadılaraq əllərindən alıblar: “İsa Məmmədov və onun ”İdeal-İ İnşaat” MMC-sinin əməkdaşlarının qeyd olunan cinayət əməllərini ifşa olunsun və bu soyğunçu dəstə barədə bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşların da hüquqları bərpa olunsun. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barəsində lazımi tədbirlər görərək cəzalandırsınlar və mənzil aldığımız yaşayış binasının tezliklə tikilib qurtarmasına və vətəndaşlara təhvil verilməsinə nəzarət etsinlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda 35 dərəcə isti olacaq

Next Post

Ermənistan ordusunda daha bir itki

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənistan ordusunda daha bir itki

Brent neftinin ucuzlaşması davam edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.