Xəbər verdiyimiz kimi. ötən gün axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.
ANS PRESS-in əməkdaşları həmin məktəbə baş çəkərək vəziyyətlə yerində tanış olublar.
Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparırlar. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.














