"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi – bələdiyyələrin gender əsaslı təşviqi” layihəsinin təqdimatı olub

29 Aprel 2019 - 20:17
in CƏMİYYƏT

Aprelin 29-da Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin açılış konfransı keçirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova layihə barədə məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi bələdiyyələrdə qadınların təmsilçiliyini artırmaqdır. Layihənin davamı Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa, Qazax rayonlarında reallaşdırılacaq.

S.Qəhrəmanova qeyd edib ki, ölkəmizdə bələdiyyələrdə qadınların təmsilçiliyi əvvəllər 4 faiz idisə, hazırda dövlətimizin apardığı siyasət nəticəsində bu rəqəm 35 faizə çatıb. “Gender bərabərliyi inkişafın dayanıqlılığını təmin edir. Davamlı inkişaf ölkədə gender bərabərliyini zəruri edir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin təmin olunması ölkəmizin inkişafına təkan verir. Bu layihə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edəcək. Layihə vasitəsilə biz, ələlxüsus, gender bərabərliyi və qadınların səlahiyyətlənməsi üzrə 5-ci məqsədə, inklüziv iqtisadi inkişaf və layiqli məşğulluq üzrə 8-ci məqsədə və bərabərsizliyin azaldılması üzrə 10-cu məqsədə töhfə vərəcəyik”, – deyə S.Qəhrəmanova əlavə edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti bildirib ki, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı ilə AQUPDK-nin birgə həyata keçirdiyi layihələr nəticəsində paytaxt Bakı və regionlarda gender bərabərliyi istiqamətində bir sıra layihələr həyata keçirilib. O, “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi – bələdiyyələrin gender əsaslı təşviqi” layihəsinin də bu işə töhfə verəcəyinə əminliyini bildirib. Layihənin Azərbaycanın 9 regionunda həyata keçiriləcəyini qeyd edən Simona Qatti gələcəkdə bu işin daha da genişləndirilməsinin zəruriliyini deyib.

Daha sonra çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti layihə tədbirlərinin uğurla yerinə yetirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın həlledici rolunu vurğulayıb. O, həmçinin qadınların milli inkişaf prosesinə təsiri və onların sosial, iqtisadi və siyasi həyatda iştirakının təşviqi məqsədilə həyata keçirilən tədbirlərə qanunvericilik səviyyəsində davam edən dəstəyin nümunəsi kimi Milli Məclisin deputatlarının konfransda iştirakını qeyd edib.

Tədbirdə çıxış edən “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin əlaqələndiricisi və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova deyib ki, layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyası, yerli icmalar və QHT-lər, “Hədəf” regionların şəhər bələdiyyələri, bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcəyini bildirən xanım Lyudmila Xəlilova, həmçinin qadınların bələdiyyələrdə təmsilçiliyini zəiflədən amillərə də toxunub.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Fazil Mustafa, Qənirə Paşayeva, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Fazil Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bələdiyyə idarəçiliyində qadınların iştirakçılığı – dayanıqlı inkişafın gender məqsədi, bələdiyyə idarəçiliyində Dayanıqlı İnkişaf Məqsədlərinin rolu, Dayanıqlı inkişaf və yerli idarəetmədə iştirakçılıqda gender amili: müasir çağırışlar, yerli səviyyədə qərarvermə prosesində qadınların rolu mövzularında çıxış edərək fikir mübadiləsi aparıblar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali və orta məktəblərdə dini dərslər neçə keçiriləcək? – RƏSMİ AÇIQLAMA

Next Post

Bakıda qəza zamanı sürücülər arasında dava düşüb – VİDEO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakıda qəza zamanı sürücülər arasında dava düşüb – VİDEO

Bakıda qəza zamanı sürücülər arasında dava düşüb – VİDEO

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.