Bu gün Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumataa görə, saat 16 radələrində Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib. Ölən idmançı 27 yaşlı Ramin Zeynalovdur.
Suraxanı Rayon Polis İdarəsi 30-cu polis bölməsindən verilən məlumata görə, dünyasını dəyişən idmançı, 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub. Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş vaxtı öldüyünü təsdiqləyib.
Belə ki, ölüm faktı Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı baş verib. Ölümün dəqiq səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.



