Alçanın qiyməti dodaq uçuqladır
Bakı marketlərində alçanın bir ədədi 11 manat 50 qəpiyə satılır.
ANS PRESS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Fotoda alça bağlamasında 4 ədəd alçanın olduğu görünür. Beləliklə bağlamanın qiyməti 46 manata gəlib çıxır.
Qeyd edək ki, ötən ilin bu vaxtında paytaxt marketlərində alçanın bir ədədi 7 manata, kilosu isə 210 manata satılırdı.
Bakıda alçanın ədədinin 20 qəpiyə olan vaxtları olsa da budəfəki satış qiyməti bütün rekordları vurub.


ANS PRESS



