Bakının Nəsimi rayonunda ağılasığmaz hadisə baş verib.
Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığındakı avtomobil parklarından birində “Gelandevagen” bilərəkdən oradakı avtomobilləri əzib.
Sürücü avtomobili park halında olan 12 avtomobilə çırpıb.
Onun hansı səbəbdən bunu etdiyi məlum deyil.




