"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib – FOTO

14 Mart 2019 - 14:58
in İDMAN
Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə dördüncü dəfə keçirilən Dünya Kubokunun açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə əvvəlcə 41 iştirakçı ölkənin bayraqları nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçı ölkələri salamlayıb: “Son illər Azərbaycanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1″ kimi nüfuzlu yarışlar keçirilib. İdman sahəsindəki uğurların müəllifi məhz cənab Prezident İlham Əliyevdir. Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Meriban xanım Əliyevanın da xidmətləri böyükdür. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika indi Azərbaycanda inkişaf dövrünü yaşayır. Gimnastikanın yeniyetmə və gənclər arasında populyarlığı artır. AGF 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yeri tutması məhz bu diqqətin təzahürü, ölkədə gimnastikanın inkişafı istiqamətində fəaliyyətin səmərəliliyinin göstəricisidir. Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər. Bakıda təkcə bu il ərzində 7 beynəlxalq gimnastika yarışı keçiriləcək. Əmin etmək istərdim ki, bu məsuliyyətli işin öhdəsindən gələcəyik”. .
Yarış iştirakçılarına uğurlar arzulayan Y.Məmmədəliyev Dünya Kubokunu açıq elan edib. Daha sonra Dünya Kubokuna start verilib.
Qeyd edək ki, dörd gün davam edəcək yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacağı gözlənilir. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılacaq. Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev: “Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir”

Next Post

Yol polisi sürücülərə müraciət edib

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib

Nazir: “Zəlzələdə dağılan və qəzalı vəziyyətə düşən evlərin hamısı bərpa ediləcək”

Nazir: "Zəlzələdə dağılan və qəzalı vəziyyətə düşən evlərin hamısı bərpa ediləcək"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.