
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhd edən Orxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Elchi.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, O.Cəfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Orxan Cəfərov sərxoş halda mübahisə zəminində Rəvan İsgəndərov və Emil Əhmədova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıb.



