Bakıda insident – sərnişin sürücünü al qana boyadı

>

Bakıda sərnişinlə sürücü arasında insident baş verib.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, sentyabrın 18-də Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub. İnsidentə səbəb sürücünün sərnişindən avtobusun giriş qapısından minməyi tələb etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Bahar RÜSTƏMLİ

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728