Bakıda çörək sexinin sahibi qarət olunub.
APA Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 8-də NZS qəsəbəsində yerləşən çörək sexində oranın sahibi – Abşeron rayon sakini Sevda Qarayevanın çantasından qızıl əşyalar oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Əzimov tutulub.



