NATO-nun ölkəmizdə təşkil olunan “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.
Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.
Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





