Bakıda kirayə mənzillər bahalaşdı

>

Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma 2 dəfə artıb. Belə ki, noyabr ayında mənzillərin kirayəsi 0,6% bahalaşıb.

Bunu da oxuyun

Elchi.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, noyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,78 manat təşkil edib.

Qeyd edək ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Mənzillərin kirayəsində ən yüksək aylıq qiymət artımı yanvar ayında (3,5%) müşahidə olunub. Daha sonra, fevralda aylıq bahalaşma 0,1%-ə enib, martda 1,2%-ə yüksəlib, apreldə qiymət sabit qalıb, may ayından yenidən bahalaşamağa davam edərək 1,2% artıb, iyunda dəyişməyib, iyulda 0,6%, avqustda 1,1% və sentyabrda 1,5% artım qeydə alınıb.

Elchi.az 

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728