Bakıda kütləvi dava – 2 gənc bıçaqlandı

>

Bakının Qaradağ rayonunda kütləvi dava olub.

Bunu da oxuyun

APA-nın məlumatına görə, insident Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbə sakinləri olan 2 nəfər gənc arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonradan mübahisəyə tərəflərin tanışları da qoşulub. Nəticədə 6 nəfər əlbəyaxa dava edib.

Dava zamanı tərəflərdən biri 25 yaşlı Emil Əhmədova və onun tanışı 25 yaşlı Rəvan Həsənova bıçaq xəsarəti yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılıb, vəziyyətləri ağır olaraq qalır.

Hadisənin təfərrüatlarını Qaradağ polisi araşdırır. Kütləvi dava ilə əlaqədar saxlanılanlar var.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728