"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda mənzillər bahalaşır – CƏDVƏL

30 Oktyabr 2015 - 10:36
in SOSİAL, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Bakıda mənzillər bahalaşır - CƏDVƏL

2015-ci ilin sentyabrında Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti avqust ayı ilə müqayisədə 4,45 faiz artaraq 1618 dollar (manatla ifadədə isə 4,47 faiz artımla 1696 manatadək) təşkil edib. Aznews.az-ın məlumatına görə, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, son ayda müşahidə edilən kiçik qiymət artımı sırf təkrar əmlak bazarında baş verən struktur dəyişikliyi ilə əlaqəlidir. Yəni sentyabr ayında təkrar mənzil bazarında təklif edilən mənzillər sırasında bahalı mənzillərin payı ötən aylara nisbətən çox olub. Buna da səbəb ucuz mənzillərin satılaraq təklif portfelində sayının azalmasıdır.
Ümumilikdə əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması təklif portfelinin artmasına gətirib çıxarıb. Təkrar mənzil bazarında davam edən passivliyin nəticəsi olaraq sentyabr ayında təklif həcmi 6,8% artıb. Avqust ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1163 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39 azalıb.
Hesabatda deyilir ki, son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir. Dünyada və daxili bazarda baş verən dəyişikliklərə görə satıcılar mənzillərini satışdan çıxardaraq gözləmə mövqeyini tutmaqdadırlar.
Qeyd olunur ki, ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 56 faizə bərabər olub.
Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 42%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1195 $/kv.m-dir.
Ümumi təklif portfelinin 41%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1720 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadratmetrinin dəyəri 2000 dollardan çox olan mənzillərin bazardakı payı isə 17% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2445 $/kv.m təşkil edib.
Təkrar mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 72 kv.m sahəyə malik, yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4600 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Məhəmmədi kəndində yerləşən orta təmirli 80 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb – 571 $/kv.m.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə naziri: Düşməni məhv edərək mütləq torpaqlarımızdan qovacağıq

Next Post

Bu dərmanların da qiyməti düşdü (SİYAHI)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Next Post

Bu dərmanların da qiyməti düşdü (SİYAHI)

Zibillikdən kağız toplayan qız kraliça seçildi - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.