"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda mer seçkiləri keçiriləcək?

22 Oktyabr 2018 - 18:42
in CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Milli Məclisinin deputatları paytaxt Bakı şəhərində mer seçkilərinin keçirilməsi mövzusuna münasibət bildiriblər.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında deyib ki, Bakıda mer seçkilərinin keçirilməsi müsbət addım olar.

Onun sözlərinə görə, Azərbaycan müstəqil olduqdan sonra sonra Konstitusiya aktını qəbul edib, sənəddə demokratik prinsiplər əksini tapıb: “Bu seçkilərin keçirilməsi də demokratiyanın tərkib hissəsidir. Böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı, o cümlədən merin seçilməsi üçün seçkilərin keçirilməsi məsələsi Avropa Şurası qarşısında da bir öhdəlikdir. Bu məsələ ilə bağlı həm daxildə, həm də xaricdə müəyyən iradlar bildirilir”.

Deputat qeyd edib ki, hazırda da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat olmaması mer seçkilərinin keçiriləcəyini istisna etmir: “Yəni, bu ehtimal var. Bunun üçün də qanunvericikdə dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu seçkinin keçirilməsi mümkündür. Seçkilərin keçirilməsi məsələsi ilə bağlı ölkə rəhbərliyində də müsbət fikirlər var. Bu cür addım atılarsa, ictimaiyyət də bunu müsbət qarşılayar”.

T.Kərimli vurğulayıb ki, bu seçkilər yalnız Bakıda deyil, digər böyük şəhərlərdə – Gəncədə və Sumqayıtda da keçirilməlidir.

Milli Məclisin deputatı Vahid Əhmədov da “Report”a açıqlamasında mer seçkilərinin keçirilməsinin müsbət addım kimi qiymətləndiriləcəyini qeyd edib: “Şəhər bələdiyyələrinin yaradılması ilə bağlı müzakirələr uzun müddətdir aparılır. Əlbəttə, Bakı kimi böyük şəhərdə rəhbərlik seçki ilə seçilməlidir. Düşünürəm, mer seçkilərinin keçirilməsi məqsədəuyğundur. Bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Ölkədə Prezident, parlament, bələdiyyə seçkiləri keçirilib, amma mer seçkiləri keçirilməyib. Ona görə də qanunverici baza təkmilləşdirilməlidir”.

Deputat bildirib ki, bir sıra demokratik dövlətlərin böyük şəhərlərində mer təyin olunmur, seçkilər vasitəsilə seçilir: “Bu, həm də hesabatlılığı, şəffaflığı təmin etmək üçündür. Azərbaycanın da böyük şəhərlərində – Bakıda, Gəncədə, Sumqayıtda mer seçkilərinin keçirilməsi müsbət addım kimi qiymətləndirilə bilər”.

Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. H.Abutalıbov digər sərəncamla Baş nazirin müavini təyin edilib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad olunaraq şəhər icra hakimiyyətinin başçısının müavini vəzifəyinə təyin edilib. O, həm də icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı eks məmurun bahalı maşınlarının olduğu şəxsi avtoparkı – FOTOLAR

Next Post

Ötən il Azərbaycanda 400 minə yaxın şəxs qripə yoluxub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ötən il Azərbaycanda 400 minə yaxın şəxs qripə yoluxub

Ötən il Azərbaycanda 400 minə yaxın şəxs qripə yoluxub

Fransa XİN: “Qondarma “DQR”-i tanımır, “Dostluq Xartiyasını”nı qəbul etmirik”

Fransa XİN: "Qondarma "DQR”-i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.