"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda mütəşəkkil qruplaşma zərərsizləşdirilib – FOTO

12 Mart 2019 - 14:19
in CƏMİYYƏT, MANŞET

Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhdə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar – 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.

Şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri ilə müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə etməklə, müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındırmaqla, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə, ayrı-ayırı vətəndaşlara külli miqdarda ziyan vurublar. Müəyyən olunub ki, onlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.

Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.

Bakı şəhər Baş Polis İdarəsi tövsiyyə edir ki, sürücülər avtomobillərin gözlə görünən yerlərində əşyalar saxlamasın, avtomobilləri əsasən işıqlandırılmış küçələrdə, “Təhlükəsiz şəhər” kamerasının əhatə dairəsində yaxın yerlərdə saxlamağa üstünlük versinlər. Avtomobillərin qapılarını açılıb bağlayarkən, bank kartı vasitəsilə terminallarda pul-valyuta əməliyyatı həyata keçirərkən diqqətli olsunlar. Qeyri-müəyyən, naməlum şəraitdə avtomobillərin və bank kartlarının talanması halları ilə bağlı faktlar varsa, polisə məlumat verilsin.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırlması davam etdirilir.




Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Peşə təhsili alan əlillərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Next Post

Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır

Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır

Umayra Tağıyeva: “Azərbaycanda su ehtiyatları 10-15 faiz azalıb”

Umayra Tağıyeva: "Azərbaycanda su ehtiyatları 10-15 faiz azalıb"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.