"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda neftlə bağlı mühüm görüş

01 May 2015 - 15:29
in XƏBƏR LENTİ

Bakıda neftlə bağlı mühüm görüş

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İSN, SOCAR və “Azərişıq” ASC neft maşınqayırmasını inkişaf etdirir

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində verilən tapşırıqların icrası ilə əlaqədar neft maşınqayırmasının inkişafına həsr olunmuş tədbir keçirilib.
ANS PRESS xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, SOCAR-ın və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı sahəsində son illər əldə olunan nailiyyətlərdən danışıb, qeyri-neft sənayesinin inkişafı baxımından ənənəvi istehsal sahələrinin, o cümlədən neft maşınqayırmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısı tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.
Bildirilib ki, bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Dövlət istehlakçı şirkətlərin tələblərinə uyğun yüksək rəqabətə davamlı məhsul istehsal edən istehsalçı şirkətlərin investisiya layihələrini bundan sonra da dəstəkləməyə hazırdır.
Ş.Mustafayev SOCAR və “Azərişıq” ASC ilə maşın və avadanlıq istehsalı müəssisələri arasında sıx əməkdaşlığın qurulmasının, istehsalçı-istehlakçı münasibətlərinin inkişafının, yerli və ənənəvi xarici bazarlara ixracın daha da artırılmasının vacibliyini vurğulayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev neft maşınqayırmasının uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu deyib, SOCAR-la neft maşınqayırması müəssisələri arasında mövcud əlaqələr barədə məlumat verib, dövlət neft şirkətinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini söyləyib.
Tədbirdə iştirak edən müəssisə rəhbərləri maşın və avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən maşınqayırma müəssisələrinin fəaliyyəti barədə məlumat vermiş, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlarda satış imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndiriblər.
Müzakirələr zamanı dövlət tərəfindən göstərilə biləcək dəstək tədbirləri, dövlət-özəl sektor əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmış, tədbirdə qaldırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib.
Mənbə

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zəlzələdə ölənlərin cəsədləri yandırılacaq … (fotolar)

Next Post

Sənədləri telefonla da imzalamaq olacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sənədləri telefonla da imzalamaq olacaq

ABŞ Azərbaycanı həbsdəki jurnalistlərin və blogerlərin azad edilməsinə çağırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.