Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 177,3 manat olub.
Bu barədə Elchi.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı il ərzində 11,5 % artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...




