Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Reyhan Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Ağayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan R. Ağayeva məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, R. Ağayeva dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.



