"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda qorxunc səs- videomontaj məhsulu olsa da, izahat gözləyənlər var

01 Aprel 2016 - 15:02
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakıda qorxunc səs- videomontaj məhsulu olsa da, izahat gözləyənlər var - VİDEO
Bakıda gurultulu, qorxunc səslərin eşidilməsi haqqında ilk dəfə martın 27-də yazıldı. Bakının Səbail və Yasamal rayonlarının sakinləri sosial şəbəkələrdə günorta saatlarında müəmmalı bir gurultu səsi eşitdiklərini, hətta binaların silkələndiyini bildirirdilər. Daha sonra “həmin səs” Günəşlidən gəldi.
Ötən gün isə həmin səsin eşidildiyi, böyük ehtimalla primitiv videomontajdan ibarət olan videokadrlar sosial şəbəkələrdə yayıldı və məsələ üzərindəki mübhəmlik pərdəsini bir az da qalınlaşdırdı.
Ancaq insanların bu dərəcədə narahat edən “səs”ə dair dövlət qurumlarınından səs-səmir gəlmir. Yalnız Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlama verərək, belə bir  titrəyişin qeydə alındığını, lakin bunun zəlzələ olmadığını bildirib.
Ekspertlər də bu məsələdə dövlət qurumlarının səssizliyinin cəmiyyətdə yersiz ajiotajın yaranmasına səbəb olacağını deyirlər.
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl  “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dövlət qurumları bu haqda Bakı sakinlərini məlumatlandırmağa borcludur: “Mən də həmin səs haqqında sosial şəbəkələrdə oxumuşam, ancaq şəxsən özüm o səsi eşitməmişəm. Əhalidə belə bir narahatlıq var. Dövlət qurumlarından da o səslə bağlı hər hansı açıqlama verilməyib. İnsanlar bilmirlər ki, bu kənardan gələn səsdir, təbii prosesdir, yoxsa kimsə bundan istifadə edir. Hesab edirəm ki, dövlət qurumları, konkret olaraq hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyi  məlumat verməli idilər ki, burada qorxulu heç nə yoxdur, bu səsin mənşəyi nədir və sair”.
Yazıçı-publisist Həmid Herisçi isə “Yeni Müsavat”a danışarkən qeyd edib ki, dünyanın bir çox ölkələrində də bu cür hadisələrə təsadüf olunub: “Bu cür səslər parapsixoloji elmdə “Barisal sədaları” adlanır. Vaxtilə, 19-cu əsrin sonlarında oxşar fenomen Banqladeşin Barisal adlı coğrafi nöqtəsində qeydə alınıb. İngilis alimi Q.B. Skott o vaxt həmin bu səslərlə ciddi məşğul olub. Alimlər iddia edir ki, bunun səbəbi qitəmizdəki maqnit qütblərinin öz əvvəlki yerini dəyişməsi ilə əlaqədardır. Bu səsi təbii xəbərdarlıq sayanlar da az deyil”.
Onu da qeyd edək ki, video-montaj mütəxəssisləri videodakı səsin montajla şəhər görüntülərinin fonunda qoyulduğunu və bunun real video olmadığını iddia edirlər. İnternet resurslarında bu videonun ilk dəfə 2012-ci ilin 25 yanvarında yayıldığı qeyd olunur.
https://youtu.be/-nwUpafrOGo
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı Metropoliteni iki yeni stansiyanın açılışına hazırlaşır

Next Post

Hava kəskin pisləşəcək: Yenə qar yağacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hava kəskin pisləşəcək: Yenə qar yağacaq

Sarkisyan bunu qəbul etməlidir – XİN-dən açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.