Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının saytında məlumat verilib.
Qeyd edilib ki, bu iclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.






