Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sentyabrın 30-da Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat, 200 ABŞ dolları, qızıl əşyaları və ov tüfəngi aparılıb.
Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər – Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.




