"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda rektorun otağından yarım milyon manat oğurlandı – Film kimi hadisə

14 May 2018 - 15:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Oğrudan oğruya halaldır” deyib seyfdən 500 min manata yaxın pul oğurlayan dəstə üzvlərindən birinin özünü oğurlayıblar. Üç gün əl-qolu bağlı vəziyyətdə girov saxlayıblar. İndi hər iki tərəf həbsdədir – seyfi aparan da, seyfi aparanı oğurlayanlar da…
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Abşeron rayonu, Hökməli qəsəbə sakinləri – 37 yaşlı Turab Nağıyev, 38 yaşlı Şahmar Nağıyev və 30 yaşlı Altay Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Elchi.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, adıçəkilən şəxslər Pərviz Quliyevin öz dostları ilə birgə “Odlar Yurdu” Universitetinin prorektoru M.Vəliyevin iş otağından külli miqdarda pul oğurladığını öyrəniblər. Həmin pulları ələ keçirmək məqsədilə Pərviz Quliyevə (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib – red.) zəng vuraraq, prorektorun seyfininin yağmalanmasından xəbərdar olduqlarını bildiriblər. Əgər onların payını çatdırmazsa, pulları bölməzsə, bu haqda polisə məlumat verəcəkləri ilə hədələyiblər. P.Quliyev tələbləri rədd etdikdə isə bir neçə dəfə onun yaşadığı evə gedərək ailə üzvlərinə “Pərvizə deyin, yanıma gəlsin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam” deməklə hədələyiblər.
Ötən il martın 13-də Nağıyev qardaşları Pərvizin Novxanı qəsəbəsindəki “Qızılqum” kafesində olduğunu öyrənib oraya yollanıblar. Kafedən çıxan Pərvizin qarşısını kəsib onu zorla Altay Əliyevin idarə etdiyi avtomobilə oturdublar, Hökməli qəsəbəsinə aparıb orada döyüblər, əldə etdiyi pulu onlarla bölməsini tələb ediblər. Üç gün qəsəbədə saxlayıblar, nəhayət, P.Quliyevdən 18 min manat qopara biliblər.
Təqsirləndirilən Şahmar Nağıyev ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Pərvizlə əvvəllər qonşu olduqlarını, aralarında ədavət, düşmənçilik olmadığını göstərib: “Məhəlləyə gələn polislərdən Pərvizin bacısı oğlu Həzrətin (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib – red.) bir neçə nəfərlə birgə Nərimanov ərazisində oğurluq etdiklərini eşitmişdim. Amma nə qədər pul oğurladıqlarını, Pərvizin harada olmasını və Turabla aralarındakı söhbətlərdən xəbərim olmayıb. Pərvizi döyməmişəm, ona xəsarət yetirməmişəm, pul tələb etməmişəm. Turabla Altayın onu döymələrindən, pul tələb etmələrindən xəbərim olmayıb, görməmişəm”.
Təqsirləndirilən Altay Əliyev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Pərvizin bir neçə ildir ki, Hökməli qəsəbəsinə köçdüyünü, aralarında normal münasibət olduğunu göstərib:”Şahmar Nağıyev bacımın həyat yoldaşıdır. Pərvizgilin oğurluqları haqda eşitmişsəm də, harada olduğunu bilməmişəm. Pərvizi oğurlamamışam, döyməmişəm, heç bir söhbətdən xəbərim yoxdur”.
Təqsirləndirilən Turab Nağıyev də eyni məzmunlu ifadə verib və Pərvizi oğrlanmasında və yaxud döyülməsində əli olmadığını göstərib.
Zərərçəkmiş Pərviz Quliyev ifadəsində göstərib ki, 9 yanvar 2016-cı ildə Vüqar Vəliyev, Həzrət Məmmədov və Ramil Abbasovla birgə “Orlar Yurdu” Universitetindən 500 min manata yaxın pul oğurluğu faktına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. “Məşədi Turab” kimi tanınan Turab Nağıyevlə münasibəti həmişə yaxşı olub. Hətta bir ara Hökməli qəsəbəsində Turaba məxsus çayxananı icarəyə götürüb işlədib.
P.Quliyevin ifadəsinə görə, sözügedən oğurluq hadisəsini törətdikdən sonra Ramil və Həzrətlə birlikdə gizlənmək üçün Qax rayonuna gedib istirahət mərkəzlərinin birində qalıblar. Bir neçə gün sonra Həzrətin dayısı “Məşədi Turab”zəng vurub polislərin onları axtardıqlarını söyləyib. “Siz universitetdən yarım milyon pul aparmısınız, mən polislərin qabağına çıxmışam, onlara qonaqlıq vermişəm, bu məsələni həll etməliyəm, ona görə toplaşıb mənə də pul verməlisiniz”, – deyib. Həzrət dayısının sözlərini dostlarına çatdırsa da, öz aralarında Turaba bir manat da verməmək qərarına gəliblər. Bundan sonra Bakıya geri qayıdıblar: “Həzrətgildən ayrılıb Masazıra getdim. Müvəqqəti gizlənmək üçün orada kirayə ev tutdum, Həzrətlə də, Ramillə də əlaqəni kəsdim. Oğurluqdan əldə etdiyim pulla özümə 40 min manata kreditlə ikiotaqlı mənzil alıb təmir etdirməyə başladım”.
Bir qədər keçdikdən sonra P.Quliyev onunla birgə cinayət törədənlərin yaxalandıqlarını eşidib və müxtəlif ünvanlarda gizlənib. Gizli nömrədən ailə üzvləri ilə əlaqə saxladıqda anası ona “Məşədi Turab”ın qorxusundan evdən çölə çıxa bilmədiklərini deyib: “Anam dedi ki, “Məşədi Turab” gecə-gündüz evimizə gəlib bizi hədələyir, sənin yerini soruşur, deyir Pərvizə çatdırın ki, mütləq mənə pul versin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam. Turabın məndən pul tələb etdiyini başa düşüb ondan da gizlənməyə başladım. 13 mart 2016-cı ildə “Qızılqum” kafesində oturub çay işərkən qəflətən Turab içəri girib “dur gedək, səninlə işim var” dedi. Heç nə deməyib onunla getdim. Çöldə Turabın qaynı Altay maşınla dayanmışdı. Turabla Altay məni zorla maşına mindirdilər”.
P.Quliyev ifadəsində göstərib ki, onu Turaba məxsus çayxanaya gətirib üç gün əli-qolu bağlı vəziyyətdə saxlayıblar, döyüb-incidiblər, mobil telefonunu sındırıblar, seyfin oğurlanması zamanı payına düşən pulu onlara verməyi tələb ediblər: “Bir qədər sonra Turabın qardaşı Şahmar da gəldi. Yenidən məni döyməyə başladılar, pulu harada gizlətdiyimi soruşdular. Dedim pulu xərcləmişəm, özümə ev almışam. Artıq əzablara dözməyib, məcbur olub Turabın telefonu ilə tanış maklerə zəng vurdum, çətin vəziyyətə düşdüyümü dedim, evi ucuz qiymətə satmağını xahiş etdim. Üç gün ərzində makler evi 15 min manata və 2 maşına satdı. Pulu tanışım Raminin vasitəsilə Hökməlidəki beton yolun kənarına gətirib mənə verildi. Həmin yerə Altayın maşını ilə getdik. Turab maşından düşüb kənarda mənə nazarət etdi. Pulu götürüb hamısını Turaba verdim. Bundan sonra məni azadlığa buraxdılar. Turabgil üç gün məni çayxanada əl-qolu bağlı vəziyyətdə saxladılar. Makler zəng vurub evi tezliklə satıb pulu gətirəcəyini deyənə qədər döydülər”.
Məhkəmə prosesində isə P.Quliyev təqsirləndirilən şəxslərin onu oğurlamadıqlarını, ittihamda yazılanların doğru olmadığını deyib.
Məhkəmənin hökmü ilə Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunublar.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ölkə ərazisində 250 daş karxanasının fəaliyyəti dayandırıldı

Next Post

Türkiyənin Rusiyadan aldığı qazın qiymətinin artacağı gözlənilir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Türkiyənin Rusiyadan aldığı qazın qiymətinin artacağı gözlənilir

Türkiyənin Rusiyadan aldığı qazın qiymətinin artacağı gözlənilir

“Əlim çox uzundur, mənə dəyib-dolaşmayın” – Rəqsanədən Damla haqqında sərt açıqlamalar

"Əlim çox uzundur, mənə dəyib-dolaşmayın" - Rəqsanədən Damla haqqında sərt açıqlamalar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.