"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

24 Sentyabr 2014 - 00:27
in MƏDƏNİYYƏT

Sentyabrın 23-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Krallıq elan14114880562348161457_600x400 edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Səudiyyə Ərəbistanının inkişaf tarixi barədə məlumat verib. Səudiyyə Ərəbistanı ilə Azərbaycanı qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir bu əlaqələrin qarşılıqlı hörmətə, səmimiyyətə, İslam irsinə və müştərək tarixə əsaslandığını bildirib.
Diplomat əlaqələrimizin qurulmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayıb. O əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafında Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun və Azərbaycan Prezidenti İlham Əliyevin mühüm xidmətləri var.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim əmin olduğunu bildirib ki, qardaş ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylər gələcəkdə də davam edəcək. O vurğulayıb ki, Səudiyyə Ərəbistanı Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin–amanlıq arzularını çatdırıb. Nazir siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq olduğunu bildirən Şahin Mustafayev bu uğurlu əlaqələrin əsasında Prezident İlham Əliyev ilə Kral Abdullah bin Əbdüləziz Al Səudun şəxsi dostluq münasibətlərinin, eləcə də yüksək səviyyəli rəsmi nümayəndələrin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını vurğulayıb. O, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Leyla Əliyeva: “Bernar Buffenin hətta ən qaranlıq rəsmləri belə müsbət enerji verir”

Next Post

BMT Poroşenkoya qarşı

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

BMT Poroşenkoya qarşı

Azərbaycanlı müğənni: “Bəyəndiyim olmadı...“ - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.