Bakıda şadlıq evində insident – Sintezator çalanın başına butulka çırpdılar

>

Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb.

Bunu da oxuyun

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Əhməd Rəcəbli küçəsi “Ordubad” Şadlıq evində sintezatorda musiqi ifa edən 1991-ci il təvəllüdlü Şirinov Rəmzi Ramiz oğlu toyda iştirak edən şəxslə mübahisə edib. Sərxoş vəziyyətdə olan qonaq (hələlik adı açıqlanmır) R.Şirinovun baş nahiyəsinə şüşə butulkanı çırpıb. Nəticədə R.Şirinovun üz nahiyəsi kəsilib.

R.Şirinov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728