"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda saxta spirtli içki satanlar ifşa olundu

17 May 2016 - 19:19
in XƏBƏR LENTİ

Bakıda saxta spirtli içki satanlar ifşa olundu

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı fəaliyyəti ilə məşğul olma və xeyli sayda işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə cəlb edən şəxslər aşkar edilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə,  reyd zamanı Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində fiziki şəxs Əliyev Elşad Qənbər oğlunun qanunsuz olaraq əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
İlkin araşdırmalar zamanı istehsal sexində bir neçə rulon istifadə olunmamış saxta aksiz markaları, 120 ədəd Rusiya Federasiyasının aksiz markaları, 1226 ədəd saxta etiket, 625 ədəd qapaq, 3182 ədəd boş butulkalar, 1130.5 manat dəyərində 230 ədəd saxta aksiz markaları ilə markalanmış və 163 manat dəyərində 33 ədəd aksiz markasız alkoqollu içkilər, ümumilikdə 783 manat dəyərində 195 litr spirt, 38 litr rəngli alkoqollu içki və 28 litr araq aşkar edilib.
Fiziki şəxs Qəhrəmanov Seyfəddin Mübariz oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nizami rayonu, B.Çobanzadə küçəsi, 215 ünvanda yerləşən ərzaq mağazasında alış qiymətləri ilə ümumilikdə, 4586.46 manat dəyərində 593 ədəd aksiz markaları ilə markalanmalı olan mallar, o cümlədən 1407 manat dəyərində 71 ədəd saxta aksiz markaları ilə markalanmış, 635 manat dəyərində 38 ədəd aksiz markasız alkoqollu içkilər, habelə 450 manat dəyərində 185 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib.
Əmək münasibətləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edən Quliyev Əlisəfa Süleyman oğlunun və Absalamova Validə Cümşüd qızının sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları tikiş (dərzi) sexlərində vergi nəzarəti tədbirləri keçirilib.
Bu zaman fiziki şəxs Əlisəfa Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sabunçu rayonu, Sabunçu ŞTQ, E.Saratov küçəsi, ev 34 ünvanda yerləşən tikiş sexində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 26 nəfər, fiziki şəxs Validə Absalamovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sabunçu rayonu, Balaxanı ŞTQ, Yeni Balaxanl yaşayış massivi ünvanda yerləşən dərzi sexində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 16 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktın) olmadığı müəyyən edilib.
Müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin əksəriyyətinin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktı) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Moskva Qarabağda sülh istəmir” – “The Huffington Post”

Next Post

Qərb Qarabağı Rusiyanın əlilə Ermənistana vermək istəyir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qərb Qarabağı Rusiyanın əlilə Ermənistana vermək istəyir

`Ermənistan 5 rayonu qaytarmağa razılıq verib`- Kreml politoloqu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.