"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda su borusu partlayıb, 10 evi su basıb – VİDEO

23 Fevral 2018 - 10:04
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb. “Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb. Nəticədə təxminən 10 evin həyətyanı sahəsini su basıb.

Sakinlər “Report”a bildirib ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu təmizləyib. Borudan gələn suyun qarşısını isə “Azərsu” ASC-nin əməkdaşları alıb. Sakinlər bildirib ki, ASC əməkdaşları üç massivə verilən ana borudakı suyun verilməsini dayandırıb. İndi evlərə içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və Azərsu ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov “Report”un əməkdaşı ilə söhbətində neçə ildir bu problemi yaşadığını deyib: “”Azərsu” ASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə yamaq vurdular. Buna baxmayaraq, hələdə su axır küçələrə. Bizə 14 ildir ki deyirlər ki, borunu təmir etdirəcəyik. Burda öz hesabımıza küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su evlərimizə daxil olur”.

Massiv sakinlərinin dediyinə görə, partlayış ana boruda baş verir. Bunun əsas səbəbi kimi isə borunun istismara yararsız olması göstərilir.

Sakinlərdən Gülnarə Ağayeva da bu problemdən bir neçə ildir əziyyət çəkdiklərini söyləyib: “Küçəyə “Təcili tibbi yardım”maşınları da girmir. Çünki borudan axan içməli su yolu keçilməz hala salır”.

Çəkiliş zamanı bir neçə evin həyətinə baxan zaman orada kiçik gölməçələrin olduğunu gördük. Ancaq ev sahibləri suyun daş hasarın üzərinə qoyduğu izlə sübut edir ki, həyətyanı sahə çəkiliş aparılmamışdan öncə təxminən bir-iki metr hündürlüyünə çatıb. Onlar bel vasitəsilə borudan hələ də sızan suyun qarşısını almaq üçün qazıntı işi aparıb. Sızan suyun istiqaməti dəyişdirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Next Post

Dollar və avronun rəsmi məzənnəsi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Dollar və avronun rəsmi məzənnəsi

Dollar və avronun rəsmi məzənnəsi

Sərnişin takisi sürücüsünü qətlə yetirdi – Gedişhaqqına görə

Sərnişin takisi sürücüsünü qətlə yetirdi – Gedişhaqqına görə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.