Bakıda Yasamal rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü işıqforda dayanaraq digər avtomobillərin hərəkətinə maneə yaradıb.
Oxu.Az-ın xəbərinə görə, sosial şəbəkədə yayılan videoda aydın görünür ki, “Opel” markalı avtomobilin sürücüsü işıqforda yaşıl işığın yanmasına baxmayaraq, hərəkəti bərpa etmir. Bu isə həmin küçədə hərəkətin dayanmasına səbəb olur.
Sürücülərdən biri ondan niyə hərəkət etmədiyini soruşanda isə bu cavabı alır: “Mən dəliyəm, sənə nə olub? Sür, get”.



