"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda taksilərin sayı üç dəfə azaldılacaq

06 Noyabr 2018 - 17:06
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda rəqabətli xidmət bazarının olduğu ən böyük sektor taksi fəaliyyətidir.

Elchi.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda 37 taksi şirkəti fəaliyyət göstərir.

Onların fəaliyyəti hamını razı salmasa da, bu sahənin inkişaf etdiyi aydın görünür. Bəzi mütəxəssislər isə avtobus daşımaçılığında olduğu kimi, səhmləri dövlətə məxsus müasir bit taksi şirkətinin yaranmasını təklif edirlər.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı olmadığını vurğulayıb. Onun fikrincə, bu, rəqabətli mühiti aradan qaldıracaq.

“Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min taksi var. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesablamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir”.

İcra qurumu hesab edir ki, taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək.

Hava limanı taksi konsepsiyası isə ayrı olacaq, çünki hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasının qarşısı alınmalıdır.

Bu layihə üzrə işlərə başlanılıb və proqram təminatı üzrə işlər yekunlaşmaq üzrədir. Rəsmi proqram təminatı imkan verəcək ki, bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə vətəndaşlar tərəfindən onlara ballar verilsin. Bu isə imkan verəcək ki, ictimai nəqliyyatla bağlı ictimai qınaqlara daha tez reaksiya verilsin və tədbirlər görülsün.

Unutmaq olmaz ki, taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü hesab edilir, ona görə də ciddi problemlər ortaya çıxmasın deyə, aidiyyəti qurumlar bu işləri mərhələli şəkildə həyata keçirməyə çalışırlar. Taksilərin avtobus dayanacaqlarında parklamasına gəlincə, təklif olunur ki, cərimə sistemi dəyişdirilsin.

“Bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə müəyyən boşluqlar var idi. Onu da hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi bir dəfə cərimələyə bilərsiniz.

Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi bir ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artacaq, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan işğal etdiyi ərazilərdə 163 faydalı qazıntı yatağını talan edir

Next Post

Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edildi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edildi

Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edildi

Pensiyaların orta məbləği 240 manatdan çox olacaq

Pensiyaların orta məbləği 240 manatdan çox olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.