"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda yeni yol infrastrukturu yaradılır

02 Oktyabr 2019 - 09:00
in CƏMİYYƏT

Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsinin sözügedən hissəsinin əvvəllər çox ensiz olması nəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Həmin səbəbdən Tbilisi prospekti və Hüseyn Cavid parkı istiqamətindən gələn nəqliyyat vasitələri məcburən Hüseyn Cavid prospektinə daxil olurdular. Bu isə xüsusən günün pik saatlarında həmin prospektin metronun “Elmlər Akademiyası” stansiyası qarşısından keçən hissəsində sıxlıq və tıxac yaradırdı.

AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, əvvəllər eni 6-7 metr olan küçə genişləndirilərək hərəkət hissəsinin eni 18 m-ə çatdırılır. Bu səbəbdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə əsasən nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilməklə söküntüsü aparılır.

Söküntü işləri aparılmış ərazilərdə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınır. Daha sonra zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası inşa edilir və bunun ardınca asfaltlanma işləri aparılır. Bu çərçivədə küçəyə 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Layihə uyğun olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 2-4 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.

Layihənin sonuncu mərhələsində nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol cızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə ərazidə yeni və müasir yol infratsrukturu yaradılacaq.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yenidənqurma işləri bitəndən sonra istər Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan nəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər. Bu isə öz növbəsində Hüseyn Cavid prospektinin metronun “Elmlər Akademiyası” stansiyası qarşısından keçən hissəsində sıxlığın azalmasına səbəb olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

2020-ci ildə 2 Günəş, 4 Ay tutulması olacaq

Next Post

Xocavənd rayonunun işğalından 27 il ötür

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Xocavənd rayonunun işğalından 27 il ötür

Xocavənd rayonunun işğalından 27 il ötür

Bu avtomobil yolunun tikintisi 4 minə yaxın vətəndaşın rahat gediş-gəlişini təmin edəcək

Bu avtomobil yolunun tikintisi 4 minə yaxın vətəndaşın rahat gediş-gəlişini təmin edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.