"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək” – Foto

31 Oktyabr 2015 - 08:54
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Bu, təmiz erməni layihəsidir”.

Mən əvvəlcədən demək istəyirəm ki, bu layihədə iştirak edən qızlara qarşı heç bir şey demək istəmirəm, onlar mənim həmkarlarımdır.

Mənim və bizim “Parni iz Baku” teatrının kollektivinin qarşı olduğu “Comedy Woman” erməni layihəsidir, ona ermənilər rəhbərlik edir. Problem ondadır ki, bu konsertə sərf edilən bütün pullar, rəhbərliyin – ermənilərin cibinə axacaq.

Oxu.az-a bu barədə “Planeta Parni iz Baku” teatrının rəhbəri, Rusiyanın “Comedy Woman” truppasının Bakıda keçirilməsi planlaşdırılan konsertini şərh edən Tahir İmanov bildirib.

Tahir İmanovun sözlərinə görə, “Comedy Woman” erməni millətinə mənsub Artur Canibekyan, Qarik Maertirosyan və s. rəhbərlik etdiyi qrupa daxildir.

“Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir”.

Tahir İmanov həm də sual verir:

“Mən başqa şeyi soruşmaq istərdim, bizə təzyiq göstərən, “bunu göstərməyin, polisi göstərməyin, vergiləri göstərməyin” və s. deyən məmurlar hardadır? Qoy Bakıya erməni truppasını gətirənlərə təzyiq göstərsinlər. Onlar niyə yatırlar? İndi niyə heç kim heç nə demir? Bu brend erməni brendidir? Niyə heç bir məmur fikir söyləmədi?

Heç məmur kimi lazım deyil, vətəndaş kimi qoy sözünü desin, vətəndaş mövqeyini göstərsin.

Hörmətli Prezident İlham Heydər oğlu Əliyev deyib ki, erməni-Azərbaycan münaqişəsi həll olunmayanadək ermənilərlə heç bir müştərək layihə, heç bir istənilən sahədə həm iqtisadi, həm mədəni, ümumiyyətlə, heç bir layihə olmamalıdır.

Elə alınır ki, bu layihəni gətirənlər Prezidentin sərəncamına qarşı gələrək onun sözlərinə riayət etmirlər. Belə çıxır ki, bu sahədən olan məmurları tənqid edə bilmərik, amma erməni layihəsini gətirmək və buna göz yummaq olar. Mən hələ bir neçə il bundan öncə bura “Mənim Ermənistanım”ı oxuyan İrina Alleqrovanı və Filip Kirokorov kimi etnik ermənilərin gətirilməsini demirəm. Mən bu barədə susuram.

Qoy internetdə komedi klabın baş prodüserinin, aparıcı aktyorlarının kim olduğuna baxsınlar. Mən deyə bilərəm Artur Canibekyan, əsas aktyor isə Qari Markirasyandır. Yetərlidir məncə. Ancaq mənə sonra deməsinlər ki, bunlar moldovan soyadlarıdır. Onlar ermənidirlər, onlar “Noviye Armyane” ŞHK-da oynayıblar.

Biz bu və ya digər sahəni, məsələn, siyasət sahəsini tənqid edən kimi – söhbət bəzi polis, bəzi vergi inspeksiyası işçilərindən gedir – o dəqiqə bizə tələ qurmağa başlayırlar.

Parodiya etməyi, tənqid etməyi qadağan etməyə başlayırlar. Amma söhbət dövlət əhəmiyyətli məsələdən gedəndə onlar susurlar. Niyə susurlar? Nəyə görə erməni layihəsi müharibə gedən torpaqda olmalıdır?

Bizim 20% torpağımız elə həmin ermənilər tərəfindən işğal edilib. Niyə hamı susur? Hamı haradadır?

Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir”, – Tahir İmanov deyir.

Öz növbəmizdə qeyd edək ki, “Comedy Woman”ın rəhbəri olan Nataliya Yeprikyan “Comedy Club Production”ın qrupuna daxildir.

Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” ŞHK komandası daxildir…

Necə deyərlər, şərhsiz!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Velosipedi ilə məşhur olan Azərbaycan kəndi — VİDEO

Next Post

Mənzil bazarının gələcəyi necə olacaq?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mənzil bazarının gələcəyi necə olacaq?

Sürücülərə vacib xəbər – Cərimə bildirişlərini telefonla ala bilərsiz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.