"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıdakı “Bizim market” əhaliyə fırıldaq gəlirmiş…

20 İyul 2018 - 12:14
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Mən  alış-verişi iri marketlərdən edirəm.  Deyərdim ki, ən çox getdiyim market  “Bizim market”dir. İki  gün bundan əvvəl yolumu 8-ci kilometrdəkli maşın bazarının yanında, Babək prospekti  ev 52 C-də yerləşən adı çəkilən marketə  getdim. İstər bazar olsun, istərsə də marketlər, ilk növbədə  hər  tərəfi gəzir, mallara  nəzər yetirir, keyfiyyətlə, qiymətlə  maraqlanıram.  Bu, məndə, necə  deyərlər, vərdiş halını almışdır. Bundan sonra  lazım olanları götürür, haqq-hesab üçün kassaya  yaxınlaşıram.

Bu dəfə də belə oldu. “Monini”  adlı 750 qramlıq zeytun yağını almaq istədim. Əvəlcə qiyməti ilə maraqlandım. Bütün  zeytun yağlarının giyməti  bəlli olsa da həmin butulkanın alıtlnda onun qiyməti yazılmış  kağız parçası yox  idi. Həmin mallara baxan nəzarətçi ilə maraqlandım.  Çox keçmədi   nəzarətçi qız gəldı. Yağın qiyməti ilə martaqlandığımı bildirəndə  butulkanı götürüb getdi.  Bir dəqiqə keçməmış qayıdıb gəldi. Onun qiymətinin 15,96  manat olduğunu dedi.

Ondan bir neçə metr aralıda qoyulmuş eyni adlı, eyni  miqdarda olan yağın qiymətini görəndə  təəccübləndim. Yazılıb qoyulmuş kağız parçasındakı rəqəmlərdən aydın oldu ki,  yağın qiyməti 13,57 manatdır. Bunu bildirəndə  bir də baxdım ki, qız yanımda yoxdur. Çox keçməmış cavan bir oğlan gəlib özünü təqdim etmədən  baş verən problemlə maraqlandı. Həmin adamın  boynundan asılmış emblemə  baxanda onun müdir müavini olduğunu bildim.  Nə üçün eyni adda, eyni miqdarda  və bir ölkədə istehsal olunmuş zeytun yağının  müxtəlif qiymətlərdə satıldığı ilə maraqlandığımı bildirəndə:

-Burda nə qəbahət var, -dedi. –İndi öyrənərik, hər şey aydın olar.

Müdir müavini yağla dolu butulkanı  götürüb apardı.  Heç bir dəqiqə keçməmiş  geri qayıdıb:

-İkisinin də qiymıti eynidir, -deyə məlumat verməyə başladı. – Sadəcə qiyməti   dəyişib yapışdırmaq yaddan şıxıb.

Bura gələn vətəndaşları  aldadıb pul qazanmaq üçün bu  marketin bir fırıldağı  olduğunui bildirəndə xəcalət çəkib  utanmaq əvəzinə:

-Vətəndaşların  adından  danışmaq  nəyə lazımdırr,-dedi.

-Mən jurnalistəm,vətəndaşların adından danışmağa haqqım var deyə bildirdim.

Söz yox ki, həmin yağdan bir butulka aldım. Fikir verin, bu yağın bir putulkasının  əsil qiyməti 15,96 manatdır. Alıcıları  şirnikləndirmək üçün  13,57 manat yazıb butulkanın altına qoyublar. Alıcılar da qiymətin nisbətən  münasib olduğunu görüb həmin yağdan alır. Qiymətdə isə ondan 15,96 manat çıxırlar. Bununla da həmin yağdan bir ədəd götürən alıcıdan  market   2,39 manat  çırpışdırır.

Hörmətli oxucular, bu məktubu yazmaya  da bilərdim. Amma vicdanım yol vermədi. Ona görə  də bu marketə yolu düşən alıcılara deyirəm: ayıq olun, fırıldaqçılara, xalqın cibinə girib varlalanlara aldanmayın, pulunuzun qədrini bilin.

 

Sərməst Seyidəliyev,

Veteran  jurnalist.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Next Post

Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir

Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir

Liftdə azyaşlı qıza təcavüz etdi – Bakıda iyrənc olay – FOTO

Liftdə azyaşlı qıza təcavüz etdi – Bakıda iyrənc olay – FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.