"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıdakı məşhur restorandakı dava ilə bağlı yeni detallar – Video

04 Sentyabr 2014 - 13:41
in Kateqoriyasız

78459mnBakının məşhur restoranlarından sayılan “Oazis”də baş verən kütləvi davada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, xəsarət alanlardan 4 nəfər restoranın ofisiantlarıdır. APA TV kütləvi davanın eksklüziv görüntülərini də əldə edib.

Kütləvi davada iştirak edən iki nəfər şübhəli şəxs qismində saxlanıb. Xatırladaq ki, dava əvvəlcə restoranda ad günü qeyd edən bir ailənin üzvləri arasında başlayıb. Daha sonra dava salanlar ofisiantı çağıraraq mağazadan onlara spirtli içki almağı tələb ediblər. Bura ailəvi restoran olduğuna görə spirtli içki verilmədiyini deyən ofisiant təhqir olunub. Ofisiantı təhqir edənlərin söyüş söyməsi həmin vaxt restoranda olan digər müştərilərin də ciddi narazılığına səbəb olub.

“Oazis” restoranının baş inzibatçısı Azad Əliyev hadisənin təfərrüatlarını açıqlayıb: “Digər müştərilər bizim administrator otağına yaxınlaşıb şikayət etdilər. Dedilər ki, rəqs meydançasında olan bir nəfər özünü apara bilmir, axı bura ailəvi restorandır. Biz də inzibatçını təlimatlandırdıq ki, həmin müştəriyə yaxınlaşıb, desin ki, belə olmaz”.

Bundan sonra münaqişə daha da qızışıb.

Bir xeyli sonra mühafizəçilər mübahisə edənləri sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çevirməyə başlayıblar.

Ofisiant Rəhman Adıgözəlov APA Tv-yə açıqlamasında hadisəni belə danışıb: “Qədəhi atdılar, üzümə dəydi. Üzümü tutdum, başladılar döyməyə”.

“Oazis” restoranının baş inzibatçısı Azad Əliyev dava salanların söyüş söyməyə başladığını deyib: “Digər masalarda əyləşən qadınlara, qızlara məhəl qoymadan söyüş söyməyə başladılar. Biz həmin adamı çölə çıxaranda digər yoldaşları da ona qoşularaq başqa stollardan çəngəl, bıçaq, əllərinə keçən hər şeyi atdılar. Ofisiantı götürüb hovuza tulladılar. Bu restoranın on illik tarixində belə şey baş verməmişdi”.

Bundan sonra dava salanlar restoran xidmətçiləri və mühafizəçiləri yenidən döyməyə başlayıblar. Restoran rəhbərliyi polisə zəng etmək məcburiyyətində qalıb. Restoranda elə bir vəziyyət yaranıb ki , digər qonaqlar məclislərini yarımçıq qoyaraq restoranı tərk ediblər.

Kütləvi dava nəticəsində restorana ümumilikdə 5000 manatdan yuxarı maddi ziyan dəydiyi bildirilir. Fakt üzrə Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanıb.



AzNews.az 

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Tags: HADİSƏ MANŞET
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türk liseyləri fəaliyyətini davam etdirəcək – AD DƏYİŞDİ

Next Post

Azərbaycanlı biznesmenin evinə raket düşdü

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Azərbaycanlı biznesmenin evinə raket düşdü

Mübariz Qurbanlı ehsan israfçılığından danışdı: “Bizi dəstəkləyirlər...” AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.