"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıdakı mağazalarda yalançı endirimlər

18 Dekabr 2017 - 13:25
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Elanlarda 50 faizdən başlayan endirimlərin olduğu qeyd olunur. Əslində, bu tip elanlarla mağaza sahibləri müştərini ruhu belə incimədən aldadırlar. Belə ki, məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Nəticədə məhsul endirim adı ilə əvvəlki qiymətinə müştəriyə satılır.

Elchi.az xəbər verir ki, Sputnik Azərbaycan bu əməlin mövcud qanunlarla necə tənzimləndiyini, bu halla üzləşən vətəndaşların hansı quruma müraciət etməli olduqlarını araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir: “Bu şikayətlər vitrində yazılan qiymətlərlə kassada olan qiymətlər arasında ziddiyyətlər olması, satışda yol verilən qüsurlar və başqa səbəblərlə bağlı olur. İstehlakçılardan verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır”.

Eyyub Hüseynov qeyd edir ki, Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır: “Araşdırmalar göstərir ki, 98 faiz malların üzərində maddi məsul şəxsin imzası yoxdur, müştəri tələb edəndə belə vermirlər. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Dükanda endirimlər ərəfəsində qiymətin üstündən yeni qiymət yapışdırırlar və müştəriləri aldadırlar. Bir sözlə, istehsalçılar fürsətdən istifadə edib istehlakçıları “soyurlar”.

O qeyd edib ki, belə hallarla üzləşən istehlakçılar İqtisadiyyat Nazirliyinə zəng vurub şikayət edə və yaxud Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi ilə müraciət ünvanlaya bilərlər.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, bu xoşagəlməz məsələnin iki əsas səbəbi var: “Birincisi odur ki, Azərbaycanda fəaliyyət göstərən brend dükanlar şəbəkə mağazaları deyil və dünyadakı brend dükanlarda olan endirimlər buradakı həmin brend dükana aid olmur. Brend markalar burada olan hər hansı yerli şirkətlə müqavilə bağlayır, adlarını satır və malla təmin olunmasında yardımçı olurlar. Ona görə də dünyada brend dükanlarda olan endirimlərlə Azərbaycanda olan brend dükanlar arasında qiymətlərdə ciddi fərq var”.

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır: “Bazarda nə qədər çox rəqabət olarsa, bu da bazar qiymətlərinə yaxşı mənada təsir göstərər. Eyni zamanda, dünya brendlərinin birbaşa bazara daxil olmasına şərait yaratmaq lazımdır. Bu iki hal baş versə, müştərilər də qiymətlərin ciddi şəkildə düşməsinin şahidi ola bilərlər”.

“Hər hansı mağaza qiyməti dəyişib malı satırsa, bu, heç bir qanun pozuntusu deyil. Mal özünündür, neçəyə istəyər, o qiymətə satar. Əgər dövlət tərəfindən hər hansı müdaxilə olarsa, biz yenidən SSRİ dövrünə qayıda bilərik. Alverçilər də piştaxta altından istədikləri qiymətə mallarını sata bilərlər. Bu da heç kimə sərf eləməz”, – deyə ekspert əlavə edib.

Psixoloq Günel Aslanova deyir ki, bu əməllərin “qurbanı” olan müştərilər iki yerə bölünür: “Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb “qabağa düşmək” istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə, düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Röyadan İradə və Nigara SƏRT SÖZLƏR: “Biriniz ərdəsiz, biriniz bilinmir…”

Next Post

Sabaha olan hava proqnozu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Sabaha olan hava proqnozu

Tramp bu gün ABŞ-ın milli təhlükəsizlik strategiyasını elan edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.