"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb

01 Noyabr 2018 - 14:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və  layiqli əməyin təminatı Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin başlıca hədəfləri sırasındadır. 
Dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da bu hədəflərə doğru yeni mühüm addımların atılmasına və nailiyyətlərin əldə olunmasına imkan yaradır”.

Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlqələr şöbəsindən verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)”  uğurla icra olunub. Həmin Strategiyanın icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmaqla, əhalinin gəlirlərində 5,2 dəfə, minimum əməkhaqqında 3,5 dəfə, orta aylıq nominal əməkhaqqında 3,8 dəfə artıma nail olunub. Əmək bazarında inkişaf meyllərinin davamlı xarakter alması, məşğulluğun və ümumən iqtisadi fəallığın artırılmasına əlverişli şəraitin yaradılması, işçi qüvəsinin rəqabət qabiliyyətinin artırılması və digər vacib istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısının müvafiq Sərəncamları ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiqlənib. Həmçinin sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiyası məqsədilə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb.

Yeni Məşğulluq Strategiyası dövlət məşğulluq siyasətinin daha da güclənməsini və ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcək. Sənəddə əmək bazarında mövcud vəziyyət və inkişaf meylləri ətraflı təhlil olunmaqla, 2019–2030-cu illər üçün mühüm prioritet istiqamətlər əksini tapır. Bu prioritet istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi daxildir.Həmçinin aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də yeni Məşğulluq Strategiyasının prioritet istiqamətlərindəndir. Strategiyada “DOST” mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi də yer alır. Bu da həmin xidmətlərin  vətəndaşlara vahid standartlar əsasında, operativ və tam şəffaf müstəvidə, sadə prosedurlarla və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə təqdim olunmasına imkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsinin üç ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Biləsuvarda quş ovlayan şəxslər 2015 manat cərimələndilər

Next Post

Gündüz saatlarında bəzi yerlərdə yağış yağacaq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gündüz saatlarında bəzi yerlərdə yağış yağacaq

Gündüz saatlarında bəzi yerlərdə yağış yağacaq

Bakıda avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həll olunmayıb – VİDEO

Bakıda avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həll olunmayıb - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.