"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıdan İrəvana misilsiz təklif: 70 min erməni…

06 Aprel 2016 - 20:31
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ermənilərə göstərməliyik ki, Azərbaycanın tərkibində qalmaqla yüksək yaşayış tərzinə və misli görünməmiş bir inkişafa nail ola bilərlər. Bu indiki məqamda ən vacib situasiyadır.
Bu barədə sabiq dövlət müşaviri Qabil Hüseynli Azərbaycan və Ermənistanın əməliyyatları dayandırması fonunda Dağlıq Qarabağla bağlı həll prosesini Axar.az-a dəyərləndirərkən deyib. Politoloq bildirib ki, qarşı tərəf hazırda böyük təşviş içərisindədir:
“Azərbaycan 1 apreldən başlayan əks həmlələri ilə proseslərdə təşəbbüsü ələ keçirdi. Ələ keçirilən yüksəkliklər elə mövqelərdir ki, Dağlıq Qarabağın bütün ərazisinə nəzarət imkanı verir. Bu gün Talış və Madagizdə Azərbaycan ordusunun raket hissələrini yerləşdirməklə Xankəndini çox asanlıqla atəşə tutmaq olar. Üstəlik, Horadiz yaxınlığında ələ keçirilən Lələtəpə də az qala Cəbrayıla qədər böyük bir məsafədə, eləcə də Dağlıq Qarabağın cənub hissələrinə nəzarət imkanı verir. Son 5 gündə əldə edilən uğurların cəbhədə yaratdığı əsaslı dönüş nəticəsində təkcə strateji təşəbbüs ələ keçirilməyib, ermənilərin hücum müqaviməti də tamamilə qırılıb”.
Q.Hüseynli bildirib ki, bundan sonra ermənilər yeni müharibə istəmirsə, danışıqlar masasında konstruktiv mövqe tutmalıdırlar:
“Ermənilər daha səfehlik etməməlidirlər ki, danışıqları Dağlıq Qarabağın statusunun müəyyən edilməsindən başlamalı, bu status öz müqəddaratını təyinetmə prinsiplərinə əsaslanmalı, bunun üçün isə Dağlıq Qarabağda referendum keçirilməlidir. Bunlar yeni danışıqlar prosesində gündəmə gətirilməməlidir. Hətta bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqındakı sayıqlamalar birdəfəlik unudulmalıdır”.
Politoloq danışıqlar prosesinin məhz bu istiqamətdə getməli olduğunun zəruriliyini vurğulayıb:
“Ərazi bütövlüyümüzə hörmət göstərilir, Azərbaycan Dağlıq Qarabağa yüksək səviyyədə muxtariyyət verir, bu hüquqlar içərisində Dağlıq Qarabağ özünü idarə edərək hətta büdcəsini təşkil etsə belə, Azərbaycanın imkanları böyük olduğundan, rəsmi Bakıdan dotasiya almaq hüququna malik olur. Ermənilər bilməlidirlər ki, Azərbaycanın tərkibində yüksək yaşayış tərzinə qovuşa bilərlər. Rəsmi Bakı onların muxtariyyət səlahiyyətlərinə toxunulmayacağı və burada özünü idarəetmənin verdiyi bütün imkanlardan istifadə edəcəkləri vədlərini verə bilər. Belə ki, birmənalı olaraq vertikal qaydada mərkəzə – Bakıya tabe olmalıdırlar. Yəni onların yerli hakimiyyət orqanlarında qəbul etdikləri qərarlar Azərbaycan konstitusiyasının müddəalarından kənara çıxmamalı, unitar dövlət quruluşunu zədələməməlidir. Bu o anlama gəlir ki, 70 minə yaxın erməni öz müqəddaratını yüksək səviyyəli muxtar statusla təyin edə bilər, ancaq Azərbaycanın tərkibində olmaq şərtilə. Bu, Bakıdan İrəvana təklif edilən misilsiz güzəştdir. On milyonluq xalqın içində cəmi 70 min olan etnik qrupa daha nə imtiyazlar verilməlidir ki!”
Q.Hüseynli əlavə edib ki, Azərbaycan ordusunun gücü qarşısında diplomatiyamız da hücumçu mövqedə dayanmalıdır:
“Son addımlarımız göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Ermənistan bir faktı qəbul etməlidir ki, qeyri-konstruktiv iş apararsa, həm regiondakı layihələrdən kənarda qalacaq, həm də Azərbaycan ordusu ilə üz-üzə gələcək. Nəticədə isə Ter-Petrosyanın dediyi kimi, hazırkı şərtlər belə onlar üçün əlçatmaz olacaq. Cənubi Qafqazda sülh nəinki ermənilərin, regiondakı bütün millətlərin yüksək rifahı deməkdir”.
Qeyd edək ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Qarabağın geri qaytarılmasını istəyir

Next Post

“Rusiya bizi satdı” – Ermənilər Sarkisyanın istefasını tələb edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Rusiya bizi satdı” – Ermənilər Sarkisyanın istefasını tələb edir

`Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz` - Rusiyalı jurnalist

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.