
Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistralının 2020-ci ilədək inşa edilməsi planlaşdırılır.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.





