Gürcüstanda 300 minə yaxın Gürcüstan vətəndaşı olan azərbaycanlı yaşayır. Ölkəmizdən Gürcüstana hər il tətil üçün gedənlərin də sayı az deyil. Yaxın və qiymət cəhətdən öz ölkəmizdən ucuz olması, azərbaycanlıların Gürcüstan sevdasını artıran amillərdəndir.
Bəs bu səfərin qiyməti neçəyə başa gəlir? Bakıdan Tiflisə getmək üçün ən rahat yol hansıdır? Bu və bu kimi suallar çoxlarını maraqlandırır, əsasən də Gürcüstana ilk dəfə səfər edəcək insanları…
Bakı Beynəlxalq Avtovağzalından avtobusla Tiflisə getmək 13 manata başa gəlir. Hər gün yola çıxan avtobuslar yarım sutkaya yaxın yol gedirlər. Hər axşam saat 21:00-da yola düşən avtobuslardan xüsusi xidmət gözləməyin. Səfər boyunca bir neçədə qida və təbii ehtiyac fasiləsi verilir.
Yol kənarında özlərinin anlaşdıqları restoranlarda fasilə elan edilir. Həmin məkanlarda çox vaxt dəhşətli şəkildə xidmət göstərilir. Bərbad yeməklər, natəmiz masalar, sonuncu dəfə nə zaman yuyulduğu bəlli olmayan əllərlə servis… Bu səbəbdən özünüzlə yol boyu qidalanacaq qədər yemək götürün.
Saatlarla yol gedəcəyiniz avtobusda motal pendirinin iyini hiss etmək və ayaqlarınızın altında başqa insanların çantalarını görmək istəmirsinizsə öncədən gedəcəyiniz avtobusu yaxşıca incələyin. Yola düşmədən öncə bankda pulunuzu ya dollara, ya da lariyə çevirin. Bu konvertasiyanı sərhəddə olan “qara bazar” təmsilçiləri ilə də edə bilərsiniz, amma əmin olun ki, sizi aldadacaqlar.
Avtobusla səfər zamanı ən diqqət ediləcək şey keçid məntəqəsidir. Burada sırada dayanan zaman, “Hamiləyəm”, “Əməliyyatdan çıxmışam”, “Maşın o tərəfdə məni gözləyir” kimi sözlər deyənlər olacaq, aldanmayın. Məqsəd sizə kələk gəlib, sərhəddə çox gözləmədən önə keçməkdir. Hətta hay-küy salanlar da olacaq, güclü olun.
Sərhədi keçəndən sonra 1 saat orada gözləməli olacaqsınız ki, digər sərnişinlər də gəlsin. Üstəlik avtobus da xüsusi yoxlamadan keçir. O da gəldikdən sonra yola düşürsünüz. Əgər gözləmək istəmirsinizsə, taksi xidmətindən istifadə edin. 10 lariyə sizi Tiflisə qədər aparacaqlar.
Sərhəddən sonra avtobusla davam etsəniz diqqətli olun. Yerinizdə heç başqa biri də əyləşmiş ola bilər. Ərazi Gürcüstan olsa da, sürücü azərbaycanlıdır. Əgər daha yaxşı şəraitdə avtobusla səyahət etmək istəyirsinizsə Türkiyənin nəqliyyat şirkətlərindən istifadə edin. Bakıdan Türkiyəyə gedən avtobuslardan Tiflisə qədər bilet alın və yola düşün.
İkinci üsul qatardır. Qatarla səyahət etmək qış aylarında maraqlı olur. Amma bir az baha-başa gəlir. Bakıdan Tiflisə səfər biletlərinin qiymətləri fərqlidir. Plaskartda tam bilet 29.94 AZN, uşaqlar üçün isə 14 AZN-dir. Kupedə tam bilet 45.36 AZN, uşaq bileti 19.82 AZN-dir. SV-də tam bilet 87.55 AZN, uşaq üçün isə 35.86 AZN-dir.
Ən bahalı səfər üsulu isə təyyarə ilədir. 100 manatdan yuxarı ödəniş etməli olacaqsınız ki, buna da dəhşətli şəkildə tələsmirsinizsə ehtiyac yoxdur.