Bakıdan Türkiyəyə yük maşınında qaçan 200 nəfər tutuldu – Video

>

Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb.

Bunu da oxuyun

Çorumda şübhəli yük maşını aşkarlanıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerində isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın olub.

Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.

Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Bakıdan yığılıb və Türkiyə üzərindən gizli olaraaq Avropaya keçməyi planlaşdırıblar.(AzNews.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728