"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakılı-rayonlu davası

04 İyul 2017 - 18:45
in KÖŞƏ YAZILARI, SEÇMƏ XƏBƏRLƏR

Bakılı-rayonlu davası<b style="color:red"></b>

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Elə bil xüsusi bir institut işləyir, bəlkə də bir yox bir neçə. Bəlkə də “elə bil”siz doğrudan işləyir! Bu institut süpürülmüş yerdən dava kağızı axtarır, çox qəribədi ki. tapır da. Və adamlar arasında süpürülmüş yerdən tapdığı dava kağızı ilə qırğın salır; ateistlərlə dindarlar. Elə soyuyan kimi türk-talış. Elə soyuyan kimi (davaları soyudan da əsasən ziyalılardı) sünni-şiə. Dalınca osmanlı-azərbaycanlı. Rus dilli-Azərbaycan dilli… Bir sözlə, boş durmaq yoxdu, yola davam. Təzə mövzu tapmayanda yenidən köhnə palan içi tökürlər.

Son günlər də bakılı-rayonlu davası…

Bakı bütün azərbaycanlıların qibləsidi. Özü də təkcə şimali azərbaycanlıların yox, elə cənubi azərbaycanlıların da qibləsidi. Hamı üzünü bu qibləyə çevirir və bütün azərbaycanlılar da bu qiblədən yönəldilir. Kəbə bütün müsəlmanlar üçün nə qədər müqəddəsdirsə, Bakı da bütün azərbaycanlılar üçün müqəddəsdi.

Azərbaycanın bədbəxt şairi Məhəmməd Hadini yəqin ki, bu gün elə təkcə ziyalılar tanıyır. Çoxları şeirlərindəki müəyyən misraları əzbər bilirlər, amma soruşsan kimindi, şairin adını tapa bilməzlər. Hamımızın bildiyi misra: «Yox millətimin imzası imzalar içində».

Məhəmməd Hadi birinci dünya savaşı zamanı diviziyaların birində mollalıq edirmiş. Ölən azərbaycanlıları da basdıranda üzünü Kəbəyə çevirmirmiş, Bakıya çevirirmiş və deyibmiş ki, bunların qibləsi Bakıdı. Yəni Bakı həm də şəhidlərimizin qibləsidi. Və Bakını qiblə kimi qoruyub saxlamaq üçün təkcə Qarabağ savaşında 20 min şəhid vermişik. Və o şəhidlər çiyin-çiyinə vuruşanda kimin haralı olduğunu bir-birindən soruşmazdılar.

Aprel döyüşlərində şabranlı Əbdülməcid Axundov yaralı-yaralı, sürünə-sürünə gedib yaralı əsgər dostuna sarmaşıb öldüyü kimi, şəhidlərimiz öləndə də sarmaşıb ölürdülər.

İndi bu nə mənasız və axmaq bir söhbətdi ki, bakılı-rayonlu söhbətini atırlar ortalığa. Xüsusilə sosial şəbəkələrdə vur çatlasındı. Heç gözləmədiyim halda görkəmli bir bəstəkarımız da bir açıqlama verib ki, kim Bakını sevmirsə, çıxsın-getsin.

Əvvəla, hara getsin, qızım? İkincisi, Bakını necə sevməmək olar, Bakı axı ürəyimizdi. Bakı Azərbaycanın mədəniyyət mərkəzidi, Bakı

hamımız üçün dünyaya açılan bir pəncərədi. Yuxarıda qeyd etdiyimiz kimi, qibləmizdi.

1 iyul bakılılar günüydü. Çox gözəl, burda qeyri-adi heç nə yoxdu. Şəhər camaatı bu günü özüyçün bayram sayır. Yəni bunu qısqanmaq lazım deyil, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilə desək, artıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var.

Baxıram, rayon camaatı da dava salır ki, bəs niyə rayonların günləri yoxdu.

Var, başınıza dönüm, var. Var, qurbanınız olum, var.

23 iyul Ağdam Günü, 1 aprel Kəlbəcər Günü, 8 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarakənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, Cəbrayıl Günü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü… sayım, yoxsa bəsdi? Xocavənd Günü, Malıbəyli Günü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü… Özü də ilin bütün fəsillərində və bütün aylarında. Di gedin, kef edin.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

6 tələbənin ölümünə səbəb olan sürücü: “Əlavə sərnişinə görə 200 ödəyirdim”

Next Post

Dolların sabaha olan məzənnəsi açıqlandı

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Next Post

Dolların sabaha olan məzənnəsi açıqlandı

Elçibəyin dostunun gizlədiyi sirr...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.