"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının ictimai nəqliyyatında ödəniş sistemində yeniliklər tətbiq oluna bilərmi?

28 Avqust 2018 - 17:26
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Paytaxtda bəzi sərnişindaşıma marşrutları, həmçinin Bakı Metropoliteni gediş haqqının kartla ödənilməsi sisteminə keçsə də, günün pik saatlarında “BakıKart” ödəniş terminallarının qarşısında növbə yaranır.

Bir sıra xarici ölkələrdə bu problemin həlli üçün ictimai nəqliyyatda müxtəlif ödəniş sistemləri tətbiq olunub. Məsələn, ödəniş mobil telefonlardan SMS göndərməklə, nəqliyyat kartının balansını onlayn doldurmaqla həyata keçirilir.

Xatırladaq ki, 2010-cu ildə Bakı metrosunda oxşar sistemlərdən biri tətbiq olunmuşdu. Belə ki, sözügedən sistemdən “Azercell” simsiz rabitə operatorunun abonentləri istifadə edə bilirdi. Bunun üçün “Azercell” şəbəkəsinin abonentləri bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə isə 9905 nömrələrinə boş SMS göndərməli idilər. SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olurdu və bundan sonra ştrix-kod istifadə üçün aktivləşirdi. Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gediş haqqını ödəyirdi.

İlk olaraq metronun “Elmlər Akademiyası” stansiyasının turniketlərində quraşdırılan hesablayıcı qurğu bir müddət sonra digər metro stansiyalarda da tətbiq olunmalı idi, lakin sistemin fəaliyyəti qısa zamanda dayandırıldı.

Elchi.az  xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, həmin ödəniş sistemindən istifadə edənlərin sayı gözləntilərdən az olduğuna görə onun fəaliyyəti çox çəkmədi.

B.Məmmədov onu da qeyd edib ki, bu kimi yeni layihələr həyata keçirmək üçün şirkətlərdən də qarşılıqlı olaraq təkliflər irəli sürülməlidir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə alternativ ödəniş sistemləri ilə bağlı layihələr barədə danışmağın hələ tez olduğunu deyib:

“Ödəniş sistemi ilə bağlı hazırda Agentlik olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri kart vasitəsilə nağdsız ödəniş sisteminin əhatə dairəsini genişləndirməkdir. Çünki bu gün mövcud marşrut şəbəkəsinin çox az qismində – təqribən 20%-də nağdsız ödəniş həyata keçirilir”.

M.Ağayev qeyd edib ki, hazırkı kart sistemi avtobuslarda tam tətbiq olunduqdan sonra BNA başqa yeniliklərə doğru addım ata bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranlı nazir ABŞ-a meydan oxudu: “Onlar bizlə qarşı-qarşıya gəlmək gücünə sahib deyil”

Next Post

Müəllimlərin yay məzuniyyəti başa çatdı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Müəllimlərin yay məzuniyyəti başa çatdı

Müəllimlərin yay məzuniyyəti başa çatdı

ATƏT cəbhə xəttində monitorinq keçirdi

ATƏT cəbhə xəttində monitorinq keçirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.