"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının Moskva ilə “gizli razılaşdığını” deyənlər…

25 Aprel 2023 - 12:19
in SİYASƏT

Azərbaycanın Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsini qurması 44 günlük müharibədəki Zəfərin, ardınca Ağdam, Kəlbəcər, Laçının azad olunmasının, İranla sərhədlərin bərpasının, Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda qazanılan yüksəkliklərin və 11 apreldə möhkəmlənən mövqelərin nəticəsində Vətənin sərhədlərini düşmənə və dünyaya göstərən vahid siyasətin tərkib hissəsidir. Təkcə quru ərazilər deyil, həm də siyasi və mənəvi sərhədlərimiz genişlənir. Halbuki Vətənimizin hüdudları çarizm, cümhuriyyət, sovetlər və nəhayət, müstəqillik dövründə milli ordumuz vasitəsilə müəyyənləşdirilə və qoruna bilinməyib. 200 il əvvəl Rusiya və İran savaşında, daha sonra bir əsrdən çox Ermənistanla Qarabağ arasında separatçı birliyə və dağıdıcı müharibələrə səbəb olan həmin yollarda 23 apreldə qurulan inzibati istehkamlar Prezidentin, dövlətin, xalqın dəmir iradəsinin simvoludur. Çünki bu, yalnız gediş-gəlişə nəzarət deyil, bir neçə dövlət və beynəlxalq təşkilatın ərazilərimizə qanunsuz girişi bağlanır və yeni səhifə açılır.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, Ermənistan Üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir:

“Halbuki Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan deyil, Avropa Birliyindən gələn silahlı-silahsız məxfi qruplar və casus şəbəkəsi pozub. Sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silahlı qüvvələrinə və Göyçə dağlarında fransız jandarmasına təslim edən bir dövlət gərək toxunulmazlıqdan danışmasın. Türkiyə ilə sərhəddə inşa etdiyi yeni buraxılış məntəqəsi göstərir ki, İrəvana ən təhlükəsiz ölkələr Azərbaycanla Türkiyədir.

Əgər Xankəndidə yaşayan ermənilər Konstitusiyamıza uyğun davransalar, tək bir yoldan deyil, eləcə də Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan buraxılış məntəqəsindən də keçib gedə bilərlər. Yol bir deyil, yetər ki, Azərbaycanın bütövlüyünü tanıyasan. Nəzarət məntəqəsinin yaradılması Xankəndidəki hərbi muzdluların sürətlə bölgəni tərk etməsini təmin edəcək və gələn kriminal pulların qarşısını alacaq. Beləliklə, ekofəalların 135 günlük mübarizəsi 44 günlük müharibənin davamıdır və Şərqin, Qafqazın tarixində ilk dəfədir ki, tanksız, topsuz, qansız və itkilərsiz strateji hərbi-siyasi nəticələr qazanıldı. Bu İlham Əliyevin dəmir və yumşaq gücünün birgə qələbəsidir”.

Deputat vurğulayıb ki, hazırda NATO qüvvələri Cənubi Qafqaza – məhz Ermənistanın İranla sərhədlərinə gəlməyə can atır:

“Laçın yolunda qurulan məntəqə Ermənistandan daha çox, ərazi bütövlüyümüzü tanımayan dövlətlərin qarşısında sipərdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vahid Əhmədov ittihamlara cavab verdi

Next Post

Tələbələr arasında futzal üzrə turnirin yarımfinal mərhələsinə yekun vurulub

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Tələbələr arasında futzal üzrə turnirin yarımfinal mərhələsinə yekun vurulub

Tələbələr arasında futzal üzrə turnirin yarımfinal mərhələsinə yekun vurulub

Millimiz Albaniya, Farer adaları və Moldova yığmaları ilə qarşılaşacaq

Millimiz Albaniya, Farer adaları və Moldova yığmaları ilə qarşılaşacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.