"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının “sürünən müharibə” taktikası, işğalçının iflası…

04 Mart 2017 - 09:45
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan üçün ideal situasiya, düşmənin savaş xofu; Ermənistan savaşsız da çökdürülə bilər; tanınmış analitik: “Dünya Qarabağ probleminə o halda ciddi diqqət ayıracaq ki…”

Qarabağ münaqişəsi zonasında gərginlik artmaqda davam edir. Əksər müşahidəçilərə görə, əsas səbəb işğalçı Ermənistanın rəhbərliyinin apreldəki parlament seçkiləri ərəfəsi cəbhədə hansısa uğur əldə eləmək və ötən ilin aprelindəki hərbi uğursuzluğu heç olmasa, bu yolla ictimai şüurda unutdurmaq cəhdi ilə bağlıdır. Ancaq artıq məlumdur ki, bu cəhdlər, o sırada son 26 fevral insidenti fiasko olub: təmas xətti bir santimetr də olsa, ermənilərin xeyrinə dəyişməyib.

Image result for ermənistanda mitinq

Böyük ehtimalla, seçki gününə kimi, daha dəqiqi, ötən ilki aprel məğlubiyyətinin ildönümü yaxınlaşdıqca, düşmənin belə təxribatlarının sayı artacaq – həm də daha arxayın şəkildə. Ona görə ki, İrəvan rəsmiləri münaqişə zonasında Moskvanın – öz əsas havadarının genişmiqyaslı hərbi əməliyyatlarda maraqlı olmadığını yaxşı bilirlər. Apreldən sonra Ermənistana “İsgəndər” raket kompleksləri də müharibə eləmək üçün yox, Azərbaycanı müharibədən çəkindirmək və erməniləri sakitləşdirmək üçün verilib.
***

Image result for Qarabağda müharibə
Yaranmış vəziyyətdən Azərbaycan üçün ən optimal yol – işğalçı Ermənistanı taqətdən salacaq, onu iqtisadi cəhətdən tam çökdürəcək, paralel surətdə onun hərbi itkilərini artıracaq siyasəti davam etdirməkdir. Söhbət öncəliklə düşmənin izolyasiyasını gücləndirməyə, onu bundan sonra da iri regional iqtisadi-kommunikasiya layihələrindən kənarda qoymağa yönəlik siyasi kursdan, habelə maliyyə-iqtisadi resursları minimal olan Ermənistanı silahlanma yarışına çəkməklə onu bir az da böhranlı vəziyyətə salmaqdan, nəhayət, İrəvanı işğal rejimini uzatmağa peşman etməkdən gedir.

Image result for Sarkisyan
Sadalanan proseslər fonunda təbii ki, Ermənistandan ölkədən miqrasiya daha sürətli şəkil alacaq. Təsadüfi deyil ki, ölkədən kütləvi köç Serj Sərkisyanın prezidentliyi dövründə ən böyük miqyas alıb. Aydındır ki, rəsmi İrəvan bu kimi proseslərin, daha dəqiqi, Azərbaycanın başlatdığı “passiv müharibə”nin hara apardığının yaxşı fərqindədir. (Buna “sürünən savaş” da demək olar). Axır vaxtlar İrəvan rəsmilərinin bəzi etirafları qənaətimizi təsdiq edir. Serj Sərkisyanın Xarici İşlər Nazirliyində təşkil edilən dünənki toplantıda etdiyi çıxışı zamanı “İrəvan və Stepanakert (Xankəndi-red.) müharibə istəmir” sözləri eyni qəbildən sayıla bilər.
Bəlli məsələdir ki, indinin özündə öz ordusuna çağırışçı problemi yaşayan Ermənistan böyük müharibə zamanı, sadəcə, xəritədən yox olacaq, simvolik dövlətçiliyini də itirəcək. Çünki belə müharibəni aparmağa onun nə iqtisadi, nə də insani resursları var. Sərkisyanın sön açıqlaması şübhə yox ki, ən əvvəl bu reallığın dərkindən irəli gəlir – hər nə qədər özündənrazı açıqlamaları da olsa…

 

***

Image result for Andrey Yepifansev
Konflikt ətrafındakı son durumu şərh edən siyasi ekspertlərin bu xüsusda maraqlı şərhləri var. Məsələn, musavat.com-un məlumatına görə, tanınmış rusiyalı analitik Andrey Yepifansev hesab edir ki, münaqişə zonasında müharibə ehtimalı artsa da, hələ ki genişmiqyaslı toqquşma ehtimalı görünmür, çünki beynəlxalq şərtlər bunu istisna edir: “Əgər Azərbaycan üçün ideal situasiyadan danışsaq, o, belə ola bilər: dünya neft bazarı 10 il öncəki duruma, yəni ”satıcı bazarı”na qayıdır. Cənubi Avropanın Azərbaycanın neft və qazından asılılığı alternativsizlik şəraitində artır. Belə bir şəraitdə hərbi əməliyyatlar qızışır və erməni tərəfi hansısa neft borusunu bombalayır (qeyd edim ki, İrəvanın özü həmişə bu haqda danışır, hədələyir). Avropa isə borunun o biri ucunda karbohidrogen qıtlığı hissi edir və dünya birliyi Dağlıq Qarabağ probleminə ciddi diqqət ayırır”.
Politoloq Azərbaycan üçün başqa məqbul variantları da mümkün hesab edir: “Misal üçün, Rusiya-Ermənistan münasibətlərinin qəfil pisləşməsi. Nəzəri cəhətcə bu mümkündür. Ermənistan faktiki surətdə bir neçə il qabaq Avropa Birliyi ilə assosiativ saziş imzalayıb – hansı ki, Rusiyadan ötrü məqbul deyil. Onu da görürük ki, son günlər İrəvan-Moskva əlaqələri mürəkkəbləşib. Nədən ki, Ermənistan Rusiyanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən və Azərbaycana silah satmasından xeyli narazıdır. Ötən ilin aprelində Qarabağ uğrunda gedən döyüşlərdə Ermənistan gözləyirdi ki, Rusiya aydın şəkildə ermənipərəst mövqe tutacaq, ancaq bu, baş vermədi. Hətta ABŞ-dakı son prezident seçkilərində erməni lobbisi ilə yanaşı, rəsmi İrəvan da Rusiyanın mövqeyindən narazılığın təzahürü kimi Hillari Klintona stavka edirdi. Ermənilərlə söhbətdə ”Biz öz mövqeyimizi balanslaşdırmaq istəyirik” sözlərini eşidirik. Əslində isə onların istəyi Rusiya və ABŞ-ı toqquşdurmaqdır. İndi İrəvanda deyirlər ki, “madam ki, Hillari gəlmədi, o zaman Rusiya ilə strateji müttəfiq olduğumuzu yada salmalıyıq”. Yarım il öncə isə tamam ayrı bəyanatlar verirdilər”. Ekspertin fikrincə, bütövlükdə qısamüddətli perspektivdə konkret addımlara keçmək üçün münasib şərtlər yoxdur. “Odur ki, konflikt kiçik intensivlikdə, kifayət qədər müntəzəm, aylıq kəskinləşmələrlə davam edəcək”.
Belədirsə, deməli, Azərbaycanın “sürünən müharibə” taktikası da davam edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rayonlara qar yağacaq

Next Post

Türkiyədən Almaniyaya sərt mesaj: “Narahatıq…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyədən Almaniyaya sərt mesaj: “Narahatıq...”

Azərbaycanda geni dəyişmiş buğda satılır - ŞOK iddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.