"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının vaxtı az qalıb, İrəvan ləngidir ki… – Naumov

02 Dekabr 2022 - 12:07
in GÜNDƏM

Son bir həftədə Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunda hər gün atəşkəs pozulur. Azərbaycan mövqeləri Ermənistan və erməni qanunsuz silahlı birləşmələri tərəfindən mütəmadi olaraq hücuma məruz qalır, Rusiya sülhməramlılarının arxasından atəşə tutulur.
Ermənistan niyə qəsdən vəziyyəti gərginləşdirir?
Səbəblərdən biri İrəvanın sülh danışıqlarında irəliləyişi hər vasitə ilə ləngitmək istəyidir. Ermənistan rəhbərliyi bu istəyi hərbçilərlə yanaşı, diplomatik yolla da həyata keçirir. Azərbaycanla danışıqların Brüssel formatı ermənilərin Makronu bu işə cəlb etmək barədə əsassız tələbi səbəbindən praktiki olaraq dayanıb. Makronun antiazərbaycan bəyanatlarını nəzərə alsaq, Bakı üçün bu format qəbuledilməzdir. Unutmayaq ki, Fransa parlamentariləri də Azərbaycanın ərazi bütövlüyü və iqtisadiyyatına qarşı üç qətnamə qəbul edib. İrəvan hər cür yolla sülh sazişinin imzalanmasını ləngitməyə çalışırsa, Bakı, əksinə, bu məsələnin tez bir zamanda bağlanmasını zəruri sayır.
Elchi.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
“Bakı Moskvanın qeyd-şərtsiz dəstəklədiyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əməl edilməsinin qatı tərəfdarıdır. Azərbaycan artıq bəyanatda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirib, İrəvan isə Ermənistan ordusunun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasına dair 4-cü bəndi və Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, maneəsiz hərəkətin təmin edilməsi ilə bağlı 9-cu bəndi hələ də yerinə yetirməyib. Bu tələblərin yerinə yetirilməsi regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına imkan verəcək. Bakı aydın başa düşür ki, hazırda regiona lazım olan yeganə şey etibarlı sülh və sabaha inamdır. İrəvan nə qədər çalışsa da, təxribat xarakterli hərəkətləri ilə müharibədən sonrakı nizamlanmanı ləngidə bilməyəcək. Burada xatırlatmaq yerinə düşər ki, Ermənistan rəhbərliyi yaxın gələcəkdə öz xalqının mənafeyi naminə sülh yoluna alternativin olmadığını anlayacaq. Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, politoloq Aleksey Naumov da bildirib ki, Azərbaycan məqsədlərinə çatmaq üçün çox az vaxt qaldığını anlayaraq, regionda sabitliyi pozmaq istəyən təxribatlara tab gətirmir. Onun da dediyi kimi, indi İrəvanın vəzifəsi Bakını radikal hərəkətlərə, güclü hərbi reaksiyaya, genişmiqyaslı cavab əməliyyatına sövq etmək və Azərbaycanı bu təxribatda, diplomatik həlli həyata keçirə bilməməkdə ittiham etməkdir. Bununla da qondarma beynəlxalq qurumlar, Fransa və digərlərinin əli ilə sülh sazişini pozmaqdır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycan sadəcə olaraq Ermənistanın təxribatlarına uymur:
“Bakı münaqişəni diplomatiya yolu ilə həll etməyə üstünlük verir. Bu, Bakının öz məqsədlərinə ən effektiv, təhlükəsiz və insanlar üçün faydalı vasitələrlə nail olmaq üçün aydın siyasi xəttidir. Döyüşməyin də, danışmağın da vaxtı var. Artıq döyüşməyin vaxtı olub, hər şeyi öz yerinə qoyulub. Danışmaq vaxtıdır. Amma Azərbaycanın rəqibləri yenidən döyüşmək üçün vaxt istəyirlər”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ziyafət Əsgərov Makronu hədələdi

Next Post

Rusiyada MiQ-31 qəzaya uğradı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiyada MiQ-31 qəzaya uğradı

Rusiyada MiQ-31 qəzaya uğradı

İranda nazir müavini döyüldü

İranda nazir müavini döyüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.