Mansur Piriyev: “Avtobuslarımızın salonunda daha mədəni mühitin formalaşmasına çalışırıq”
Sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi ilə “BakuBus” avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlanılıb. Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Musavat.com-a bildirib.
M.Piriyevin sözlərinə görə, paytaxt sakinləri və şəhərin qonaqları “BakuBus” avtobuslarından istifadə etdikdə təhlükəsizlik haqda məlumatları da dinləyə biləcəklər: “Gün ərzində “BakuBus” avtobuslarında səsləndiriləcək məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydalarını dinləyəcəklər.
Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yol boyu avtobusun içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda yolçuluq zamanı texniki təhlükəsizlik və nəzakət qaydaları sərnişinlərin diqqətinə davamlı olaraq çatdırılacaq. Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və beynəlxalq standartlara uyğun olaraq hazırlanmış sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün böyük əhəmiyyət daşıyacaq. Eyni zamanda sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar.
Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar sərnişin sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni ab-hava gətirəcək və daha mədəni mühitin formalaşmasına şərait yaradacaq. “BakuBus” sərnişindaşımada ən müasir standartların tətbiqini gələcəkdə də davam etdirəcək”.