Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də Balakən rayonunun Şərif kənd sakini Hicran Bağmanovanın evindən pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanıb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Mahama Qoqayev və əvvəllər məhkum olunmuş Nəriman Mağlıyev tutulublar.
N.Mağlıyevin evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 97 qram marixuana aşkar edilərək götürülüb.




