"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Balasanyana lazımi cavab veriləcək!”-ŞƏRH

19 Avqust 2022 - 14:46
in Cebhe-banner, MANŞET

Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət edib. Ermənistan mediasında yer alan xəbərə görə, Vitali Balasanyan general-mayor Andrey Volkovdan tələb edib ki, qondarma “DQR”in razılığı olmadan azərbaycanlı jurnalistlərin və digər ölkələrin media nümayəndələrinin sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmasına icazə verilməsin.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qeyd edək ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib.

Mövzu barədə Elchi.az-a danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oqtay Qasımov bildirib ki, Balasanyan kimi şəxslərin bu cür bəyanatlarla çıxış etməsi daha çox təbliğat və informasiya xarakterli məsələdir:

“Məlumdur ki, Balasanyan Azərbaycan tərəfindən axtarışa verilmiş şəxsdir. Onlar əvvəl-axır Azərbaycan hüquq mühafizə sisteminin və məhkəməsinin qarşısında cavab verməli olacaqlar. Ona görə də təbliğat xarakteri daşıyan xəbərlərin təsirinə düşmək lazım deyil. Əlbəttə ki, Balasanyan Qarabağda qalmaqda olan ermənilərin təmsilçisi kimi çıxış edir. Onun verdiyi bəyanatın doğruluğu, ya da qanuna uyğun olmasından söhbət gedə bilməz”.

“Balasanyanın “tələb”inə Azərbaycan tərəfinin cavabı necə olmalıdır?” sualına gəlincə, O.Qasımov vurğulayıb ki, 44 günlük savaşdan bu günə qədər dövlətimiz təxribatlara və mövcud prosesi əngəlləməyə çalışanlara verdiyi cavabı Balasanyana da verəcək:

“Bizim işimiz ermənilərin bu cür açıqlamalarını informasiya təbliğatından kənarlaşdırmaq və yarımçıq qalan prosesləri davam etdirməkdir. Bunlar da Laçının Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçməsi, sonra da Balasanyan kimilərin dəstəsində olan erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasıdır. Azərbaycan bu məsələdə kifayət qədər konkret və qəti mövqeyini ortaya qoyub və istədiyinə gec-tez nail olacaq. Erməni silahlı birləşmələri Qarabağdan çıxarıldıqdan sonra bu məsələlərə birdəfəlik son qoyulacaq. Bu baxımdan Balasanyan kimilərin veriyi bəyanat və açıqlamaların təsirinə düşməli deyilik”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mərc oyunlarından əldə olunan gəlir buna yönəldiləcək

Next Post

Türkiyə və İsrail prezidentləri danışıqlar apardı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Türkiyə və İsrail prezidentləri danışıqlar apardı

Türkiyə və İsrail prezidentləri danışıqlar apardı

Özünü yandıran qazinin FOTOSU

Özünü yandıran qazinin FOTOSU

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.