Beləliklə, hakimiyyət adaya kütləvi turizmdən imtina etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, Bali qubernatoru Vayan Koster yaxın 100 il üçün xarici turistlər üçün kvota sistemi tətbiq etməyə hazır olduğunu bildirib. Bu yolla o, adaya kütləvi turizmdən uzaqlaşmaq istəyir. Siyasətçinin sözlərini Detik portalı sitat gətirir.
Yeni sistem, səfərdən bir il əvvəl Bali’yi ziyarət etməzdən əvvəl qeydiyyat tələb edəcək və daxil olmaq üçün növbə gözləməli olacaq.
Koster xarici turistlərin davranışını bu qərarın əsas səbəblərindən biri adlandırıb. O, əlavə edib ki, son vaxtlar onların xuliqanlıq etməsi, çirkin əməllər törətməsi halları daha çox olur. Ümumilikdə ilin əvvəlindən 100-ə yaxın turist deportasiya edilib.
Hazırda bu kvotaların tətbiqi müzakirə olunur və bu qərarın effektivliyini sonradan qiymətləndirmək olar.
Şayəstə Hüseynova





