İtaliya millisinin hücumçusu Mario Balotellinin yanan evinin görüntüləri yayılıb.
“Dailymail” nəşri yanmış evin şəkillərini dərc edib.
2011-ci ildə Mançesterdə təşkil etdiyi atəşfəşanlıq nəticəsində Mario Balotellinin şəxsi evində yanğın baş vermişdi. Fişəngin səbəb olduğu yanğında Mario Balotellinin evi tanınmaz hala düşmüşdü.
Xatırladaq ki, hazırda “Liverpul” şərəfini qoruyan futbolçusu 2011-ci ildə “Mançester Siti” də çıxış edib.








Mənbə
ANSPRESS



